Dünya

Aktrisa Natali Portman boşanır

Sharing is caring!


Məşhur Hollivud aktrisası Natali Portman 11 illik evlilikdən sonra Benjamen Milpyedən boşanır.

Xarici mətbuat 42 yaşlı aktrisa ilə rəqqas-xoreoqraf arasında ciddi problemlərin olduğu barədə məlumat yayıb.

Natali ərinin başqa qadınla eşq macərasını öyrənəndən sonra onlar münasibətlərində harmoniyanı bərpa etməyə çalışıblar. Lakin bunun heç bir nəticəsi olmayıb.

Hələlik tərəflərdən heç biri bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, artıq cütlüyün boşanma ərəfəsində olduğu bildirilir.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir