Dünya

“Barselona” 16 yaşlı istedadla müqavilə imzalayıb, bir milyard avro qiymət qoydu

Sharing is caring!


“Barselona” 2006-cı il təvəllüdlü almaniyalı yarımmüdafiəçi Noa Darviçi transfer edib.

Bu barədə italiyalı jurnalist Fabrizio Romano “X” sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Kataloniya klubu Darviç üçün Almaniya “Frayburq”una 2,5 milyon avro ödəyib. Daha 2,5 milyon avro isə bonus qismində nəzərdə tutulub.

Tərəflər müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıblar. “Barsa” vunderkidə bir milyard avro sərbəstqalma məbləği təyin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir