Cəmiyyət

Paytaxtda yeni avtobus zolağı yaradılıb – FOTO

Sharing is caring!


Bakının Zivər bəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağı salınıb. Tələbə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

Bu barədə Oxu.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Sürücülərdən xahiş edilib ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

Məlumat üçün bildirək ki, Zivər bəy Əhmədbəyov küçəsindən gün ərzində ümumilikdə yeddi müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir.

“Zolağın tələbinə əməl etməklə sürücülər gün ərzində orta hesabla 90 000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradırlar.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk”, – AYNA-dan qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir