Dünya

Portuqaliyada havanın temperaturu müsbət 46 dərəcəni keçib – VİDEO

Sharing is caring!


Portuqaliyada anomal yüksək temperatur qeydə alınıb.

Paytaxt Lissabon yaxınlığındakı Santarem şəhərində kölgədə termometrlər müsbət 46,4 dərəcə göstərib.

Eyni zamanda, istilər səbəbindən ölkəni irimiqyaslı meşə yanğınları bürüyüb, təhlükəli ərazilərdə yaşayan sakinlərin təxliyəsinə başlanılıb.

Qeyd edilir ki, alov minlərlə hektar ərazini yandırıb və Portuqaliyanın əsas turizm məkanlarından biri olan Alqarveyə doğru irəliləyir.

Havanın yüksək temperaturu və güclü külək artıq 6 700 hektara yaxın ərazini məhv edən alovla mübarizəni çətinləşdirir.

Mənbə: publico.pt

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir