Dünya

Moskvanın hava limanlarında reyslər kütləvi şəkildə təxirə salınıb

Sharing is caring!


Moskvanın üç hava limanında reyslərin kütləvi şəkildə ləğvi və ləngiməsi baş verib.

Məlumata görə, Vnukovo hava limanında altı təyyarənin uçuşu ləğv olunub, Domodedovo hava limanında 10 reys gecikib, dörd təyyarənin reysi təxirə salınıb. Eyni zamanda, Şeremetyevo hava limanında da dörd reys təxirə salınıb.

Jukovski hava limanının qrafikində pozuntular barədə məlumat yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir