Dünya

Tehranda yaşayış binasında güclü partlayış baş verib, xəsarət alanlar var – VİDEO

Sharing is caring!


Tehranda üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

Məlumata görə, dağıntılar altından 12 nəfər xilas edilib.

“Üçmərtəbəli yaşayış binasının mənzilində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində binanın özü və ona bitişik dörd bina dağılıb. 12 nəfər dağıntılar altından xilas edilib”, – deyə İran paytaxtının Yanğından Mühafizə İdarəsinin rəisi Qodratullah Məhəmmədiyə bildirib.

Qeyd olunur ki, partlayışın baş verdiyi yaşayış binasının dağıntıları altında insanların qalma ehtimalı var.

Mənbə: IRNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir