Dünya

Şenol Güneş: “İlk hədəf “Neftçi”ni məğlub etməkdir”

Sharing is caring!


Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş komandasının yeni mövsüm planlarından bəhs edib.

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “qara qartal”ın çalşdırıcısı öncə Azərbaycan təmsilçisini məğlub etməli olduqlarını söyləyib:

“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq. Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq. İstanbul təmsilçisi Super Liqanın I turunun matçını avqustun 14-də “Fatih Karagümrük”ə qarşı keçirəcək.

Mənbə: fotomac.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir