Dünya

Timaşevskdə kişi evlilik təklifindən dərhal sonra boğularaq öldü

Sharing is caring!


Krasnodar diyarının Timaşevsk şəhərində kişi sərxoş halda çaya düşərək boğulub. Faciə onun sevgilisinə evlənmə təklifindən dərhal sonra baş verib.

Məlumata görə, bir neçə cütlük çay sahilində dincəlməyə gedib. Gənclər orada içki içmək qərarına gəliblər. Daha sonra 34 yaşlı kişi sevgilisinə evlilik təklifi edib və qadın məmnuniyyətlə təklifi qəbul edib. Bundan sonra onlar estakadadan çaya baş vurmağa yollanıblar.

Qəfildən kişi boğulmağa başlayıb. Onun dostları həmin şəxsi dərhal sudan çıxarıblar. O, huşunu itirib. Yerli xilasedicilər kişini reanimasiyaya aparmağa cəhd ediblər. Lakin tibb işçiləri onun öldüyünü təsdiqləyiblər.

Mənbə: radio1.news

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir