Dünya

Litva və Latviya qoşunları Belarusla sərhədə doğru irəliləyir – FOTO/VİDEO

Sharing is caring!


Litva və Latviya silahlı qüvvələri öz qoşunlarını yenidən qruplaşdırmaq və Belarus Respublikası ilə sərhədlərə istiqamətlənmək qərarına gəliblər.

Bir müddət əvvəl təhlükəsizlik qüvvələrini sərhədə göndərən qonşu Polşadan nümunə götürərək Latviya və Litva öz qoşunlarını Belarusla sərhədə yerləşdirirlər.

Litva və Latviyadakı qoşunların Belarusla sərhədə yerləşdirilməsi ilə bağlı görüntülər yayılıb.

Sosial şəbəkə istifadəçiləri bununla bağlı paylaşımlar ediblər.

Ehtimal edilir ki, Baltikyanı ölkələrdə təhlükəsizlik qüvvələrinin aktivləşməsi Belarus Respublikasında “Vaqner” özəl hərbi şirkətinin yenidən qruplaşdırılması ilə bağlıdır.

Məlumata görə, zirehli texnika və hərbçilərdən ibarət kolonlar Belarusla sərhədə doğru irəliləyir.

Eyni zamanda yayılan xəbərlərə görə, Almaniya vətəndaşları “Vaqner”in Belarus ərazisindəki fəaliyyəti, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Polşa sahillərinə getməkdən imtina edirlər.

Mənbə: “İnsayder UA”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir