Dünya

Şenol Güneş: “Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”

Sharing is caring!


“Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq”.

Bu sözləri Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu barədə danışarkən deyib.

İstanbul klubu II raundda Albaniya təmsilçisi “Tirana”nı hər iki görüşdə məğlub edərək (3:1, 2:0) mərhələ adlayıb. O, qələbələrə baxmayaraq istədiyi formada olmadığını bildirib:

“Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşə bundan da yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.

Mənbə: Fanatik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir