Dünya

“Barselona” futbolçusunu “Əl-Əhli”yə satdı

Sharing is caring!


İspaniyanın “Barselona” klubunun futbolçusu Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kataloniya təmsilçisi Kot-d’İvuardan olan yarımmüdafiəçini “Əl-Əhli”yə satıb. “Barsa” bu keçiddən 15 milyon avro qazanacaq. 26 yaşlı futbolçu ərəblərlə üç illik müqavilə imzalayacaq.

Kessye keçən ilin yayında İtaliyanın “Milan” klubundan “Barselona”ya keçib. O, ötən mövsüm 43 oyunda üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir