Dünya

Kolomnada tankerin qapağı sürücünün başını deşdi – ANBAAN VİDEO

Sharing is caring!


Rusiyanın Kolomna şəhərində sementdaşıyan maşının (tanker) sürücüsünün faciəli ölüm anının videogörüntüləri yayılıb.

Belə ki, tankerin qapağı ona başından “atəş” açıb. 

Məlumata görə, faciə sement zavodunun ərazisində baş verib. Tankerə sement tökülüb, 59 yaşlı sürücü Andrey isə maşının yük qapağını yoxlamaq üçün yuxarı dırmaşıb və onu bərkitməyə başlayıb.

Lakin daxildəki təzyiq səbəbindən güclü zərbə ilə qapaq atıb. Nəticədə sürücünün başı deşilib və o, yerindəcə həyatını itirib.  

Hazırda hadisə ilə bağlı araşdırma gedir.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir