Dünya

“Sabah”ın prezidenti: “Bizim üçün tarixi oyun olacaq”

Sharing is caring!


“Sabah”ın prezidenti Maqsud Adıgözəlov RFŞ ilə oyunöncəsi uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Sports.az-a açıqlama verən Adıgözəlov bildirib ki, bu axşam onlar üçün tarixi oyun olacaq:

“İlk matçda 2:0 hesablı qələbəyə baxmayaraq, bizi çətin oyunun gözlədiyini bilirik. Rəqib kifayət qədər keyfiyyətli komandadır. Fikrimcə, Latviyadakı matç bunu sübut etdi. Axşamkı oyunda əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Ümid edirəm, bu gün stadionda əsl futbol ab-havası olacaq və azarkeşlər stadiondan məmnun ayrılacaqlar”. 

Xatırladaq ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Sabah” – RFS cavab oyunu saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da başlayacaq və İctimai TV ilə canlı yayımlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir