Dünya

Məşhur rusiyalı aktrisa vəfat etdi

Sharing is caring!


Məşhur rusiyalı teatr və kino aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib.

O, iyulun 30-da xəstəxanaya yerləşdirili. Əvvəlcə qripin ağır forması diaqnozunu qoyulan və reanimasiyaya köçürülən aktrisa bir gün sonra, avqustun 1-də medikamentoz komaya düşüb, süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirdilər.

Məlumata görə, komada olarkən aktrisanın ürəyi dayanıb. Ürək döyüntüləri bərpa edildikdən sonra Miroşniçenko yenidən medikamentoz komaya salınıb.

Sənətçi ayılmayıb və bu gün səhər saatlarında reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, 24 iyul, 1942-ci ildə Barnaulda dünyaya gələn Miroşniçenko Moskva İncəsənət Akademik Teatrının səhnəsində oynayıb, həmçinin “Mən Moskvada addımlayıram”, “Andrey Rublev”, “Qış albalısı” və s. filmlərdə rol alıb.

1988-ci ildə RSFSR xalq artisti adını alıb. 2021-ci ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir