Dünya

İranda hicab qaydalarına əməl etməyən qadınlara tibbi yardım göstərilmir – FOTO

Sharing is caring!


İranda hicab qaydalarına əməl etməyən qadınlara tibbi yardım göstərilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Britaniyanın nüfuzlu “The Telegraph” nəşrində bununla bağlı dərc olunan yazıda bildirilib ki, İranın şimalında yerləşən Lahican şəhərində rəsmilər tibb müəssisələrinə yalnız hicab qaydalarına əməl edənlərə xidmət göstərmək barədə xəbərdarlıq ediblər.

Mənbə hüquq müdafiəçilərinə istinadən vurğulayıb ki, rejimin belə bir qərarı İran qadınlarının qanuni vətəndaş və insan hüquqlarının, eləcə də bütün sivil normaların kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, ağır xəsarət alan qadınlara yalnız hicab taxmaqdan imtina etdiklərinə görə yardım göstərilməməsi cinayət əməli törətməyə bərabərdir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir