Dünya

Ufada hərbi işçi qumbara ilə magistral yolu partlatmaqla hədələyir – VİDEO

Sharing is caring!


Başqırdıstanın paytaxtı Ufada əlində qumbara olan şəxs magistral yolu partlatmaqla hədələyir. Onun 39 yaşlı İldar adlı könüllü hərbi işçi olduğu məlum olub.

İldara qarşı bölməni tərk etməsi ilə bağlı iş qaldırılıb, lakin o, məhkəmə-psixiatrik ekspertizaya gedən zaman yolda qaça bilib.

O, magistral yola çıxıb və əlindəki qumbaranı partlatmaqla hədələyib.

Hərbçi barəsində olan cinayət işinə xitam verilməsini tələb edir.

Yolda nəqliyyatın hərəkəti dayandırılıb və tıxac yaranıb.

Hazırda onunla danışıqlar aparılır.

Mənbə: “Baza” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir