Dünya

Mahir Emrelinin “Astana” sınağı, “Qalatasaray” “Jalgiris”in müqavimətini qırmağa çalışacaq – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə səkkiz qarşılaşma baş tutacaq. 

“Qarabağ” Polşada 3:2 hesabı ilə uduzduğu “Rakuv”u qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Qazaxıstanda “Astana”nın qonağı olacaq. Futbolçumuzun komandası ilk matçda rəqibini darmadağın edib – 4:0.

Türkiyə çempionu “Qalatasaray” isə evdə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”inin müqavimətini qırmağa çalışacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi (cavab oyunları)

2 avqust

18:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)

İlk oyun – 4:0

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)

İlk oyun – 3:2

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları)

İlk oyun – 0:0

21:00. “Molde” (Norveç) – HİK (Finlandiya)

İlk oyun – 1:0

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova)

İlk oyun – 0:1

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə)

İlk oyun – 1:1

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya)

İlk oyun – 0:2

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva)

İlk oyun – 2:2

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş matçlarından sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” klubları III raunda yüksəliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir