Dünya

Bursada 10 fabrik yanır – VİDEO

Sharing is caring!


Türkiyənin Bursa bölgəsinin sənaye rayonunda yanğın baş verib.

Alovlar eyni kompleksdəki dörd fabriki əhatə etdiyi halda, daha sonra daha altı fabrikə yayılıb.

Saatlardır davam edən yanğının aradan qaldırılmasına 105 yanğınsöndürən maşın və 200 canlı qüvvə cəlb olunub. Həmçinin, onlara dörd helikopter və iki təyyarə kömək edir.

Yanğın nəticəsində dörd nəfərin tüstüdən zərər çəkdiyi bildirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir