Dünya

ABŞ ordusuna Nigerdəki bazanı tərk etmək qadağan olundu

Sharing is caring!


Nigerdəki qiyam fonunda ABŞ ordusuna ölkənin Aqadez şəhəri yaxınlığındakı bazanı tərk etməsi qadağan olunub.

Ötən həftə təxminən min ABŞ əsgəri bazaya qaytarılıb.

Bu barədə ABŞ Dövlət Departamentindəki mənbələr məlumat veriblər.

Məlumata görə, Vaşinqton Afrika ölkəsində baş verənlərin dövlət çevrilişi olub-olmadığına hələ qərar verməyib. Belə ki, bunun tanınması iqtisadi və hərbi yardımın azaldılmasına səbəb olacaq.

Həmçinin də bu, terrorla mübarizəyə və regionda sabitliyin qorunmasına da təsir göstərə bilər.

Dövlət Departamentinin yüksəksəviyyəli rəsmisi ölkədə vəziyyətin nisbətən sakit olduğunu bildirib.

“Nə şəhərdə, nə də ölkədə həqiqətən hər hansı dalğalanma yoxdur. Əslində hər şey prezident iqamətgahına yönəlib”, – deyə ABŞ Dövlət Departamentinin rəsmisi qeyd edib.

Onun sözlərinə görə, hələ də “Vaqner” özəl hərbi şirkətinin və ya digər silahlı qrupların hakimiyyətin ələ keçirilməsində və ya sonrakı etirazlarda hansısa rolu olduğuna dair heç bir əlamət yoxdur.

Qeyd edək ki, ABŞ ordusu təxminən 10 ildir Nigerdədir. Onlar əsasən terrorla mübarizə aparan qüvvələrə məsləhətlər verir və təlimlər keçirlər.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir