Dünya

“Vaqner”in Belarusda daha bir “yuva”sı aşkarlandı – FOTO

Sharing is caring!


Belarusdakı “Vaqner” özəl hərbi şirkətinin üzvləri Osipoviç şəhəri yaxınlığında başqa bir lokasiyadan da istifadə etməyə başlayıblar ki, bu da Poplavı kəndi yaxınlığında yerləşən köhnə hərbi anbarlardır.

Bu barədə “Belarus Gayun” monitorinq layihəsinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, onlar köhnə anbarlardan iyulun ortalarında istifadə etməyə başlayıblar. “Vaqner” özəl hərbi şirkətinin böyük mütəşəkkil kolonlarının Sel kəndindəki çadır şəhərciyinə gəlişindən sonra Poplavı kəndi yaxınlığındakı keçmiş hərbi düşərgənin ərazisində aktivlik müşahidə olunmağa başlayıb”, – deyə “Telegram” kanalında bildirilib.

Kanalın məlumatına görə, keçmiş hərbi şəhərciyin ərazisində 15 tikili var ki, bunlardan 10-u hərbi anbardır və təxminən 1070 kvadratmetr ərazini əhatə edir. Bundan əlavə, orada əsasən avadanlıqlar üçün köhnə bir anbar var.

“… anbarlar təxminən iyulun 18-də istifadə olunmağa başlayıb ki, bunu peyk görüntüləri də təsdiqləyir. 17 və 24 iyul görüntülərini müqayisə etdikdə keçmiş hərbi şəhərciyin ərazisində yeddi günlük fərqlə ən azı altı zonanın əmələ gəldiyini görmək mümkündür”, – deyə analitiklər müəyyən ediblər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir