Dünya

Stokholmda parlamentin yaxınlığında “Quran” yandırılıb – VİDEO

Sharing is caring!


İsveçin paytaxtı Stokholmda Polisin icazə ilə parlament binası yaxınlığında aksiya keçirilib.

Məlumata görə, aksiyanın təşkilatçıları, İraqdan olan miqrantlar Salvan Momika və Salvan Naсem “Quran”ın bir neçə səhifəsini yandırıblar.

Əksəriyyəti jurnalistlər olan 50-yə yaxın insanın toplaşdığı aksiyada Momika və Nacem müqəddəs kitabı əvvəlcə təpikləyib, sonra ortasından bir neçə vərəqi qoparıb yandırıblar. Yanmış kitabı zibil qutusuna atıblar. Daha sonra bir başqa “Quran”ı da cırıb zibil qabına atıblar.

Çəkilmiş səddin o yanında dayanan müsəlmanlar bu cür hərəkətə ucadan etiraz ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir