Dünya

Pekində 31 mindən çox insan təxliyə edildi

Sharing is caring!


Pekin hakimiyyəti güclü yağışların yaratdığı daşqın riski ilə əlaqədar təcili tədbirlər görüb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Məlumata görə, son 24 saat ərzində 31 mindən çox sakin təxliyə edilib.

Yerli meteoroloji xidmətdən bildirilib ki, ən güclü leysan yağışları Pekinin cənub-qərb hissəsində müşahidə olunub. Fanşan rayonunun bəzi yaşayış məntəqələrində sutka ərzində 350 mm-dən çox yağıntı qeydə alınıb. Pekin üçün orta göstərici isə 122 mm təşkil edir.

Şəhər rəhbərliyi Pekində çətin hava şəraiti ilə əlaqədar hər yerdə tikinti işlərinin dayandırıldığını qeyd edib. Səlahiyyətli orqanlar daşqınların qarşısını almaq üçün tədbirlər görür.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir