Dünya

XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazandı – FOTO

Sharing is caring!


Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazanıb.

Oxu.Az xəbər verir ki, 73 kiloqram çəkidə çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə 1/8 final mərhələsindən qoşulub.

Bu mərhələdə idmançı ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev 1/4 finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib. Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Umiversiadanı gümüş medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl 66 kiloqram çəki dərəcəsində cüdoçumuz Yaşar Nəcəfov və qadınların yarışında 48 kiloqramda Leyla Əliyeva üçüncü yeri tutublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir