Dünya

Ekofəallar Kral III Çarlzın portretini “bəzəyiblər” – FOTO

Sharing is caring!


Edinburqdakı Şotlandiya Milli Portret Qalereyasında iki ekofəal Britaniya monarxı III Çarlzın portretini çəhrayı boya ilə “bəzəyiblər”.

“Bu gün qalereyada etiraz aksiyası keçirilib. Nəticələrini qiymətləndiririk”, – deyə Milli Portret Qalereyasının nümayəndəsi bildirib.

Məlumata görə, “This is Rigged” ekofəallar qrupu kralın portretinin üzərinə damcı şəkli çəkib, “Xalq hökmdardan daha güclüdür” ifadəsini yazıblar. Polis etirazçıları saxlayıb.

Qeyd edək ki, qalereyanın digər eksponatlarına zərər dəyməyib.

Mənbə: The Herald

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir