Dünya

Türkiyədə evin mətbəxinə meymun balası girdi – VİDEO

Sharing is caring!


Türkiyənin Bursa şəhərində bir evin mətbəxinə meymun balası girib.

Təbiətin Mühafizəsi və Milli Parklar 2-ci Region Müdirliyinin qruplarına Bursa sakinindən zəng daxil olub. “Mətbəximdə meymun var”, – deyə sakin bildirib.

Evə gələn qruplar şkafın üzərindəki meymunu görəndə təəccübləniblər. Yerində dinc dayanmayan meymun balası əməliyyat qrupuna çətin anlar yaşadıb.

Meymun sakitləşdirici iynə ilə yatızdırılıb və tutularaq qəfəsə salınıb, daha sonra Vəhşi Heyvanların Xilas edilməsi və Reabilitasiyası Mərkəzinə aparılıb.

Meymunun tutulması anları kamera ilə lentə alınıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir