Dünya

İranda edam edilən etnik bəluca ailəsi ilə son görüşə icazə verilmədi – FOTO

Sharing is caring!


İranda edam edilən etnik bəluca ailəsi ilə son görüşə icazə verilməyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının məlumatına istinadən xəbər verib.

Bildirilir ki, Zahidan şəhər mərkəzi zindanında Məsud Şəh Bəxş adlı məhbus edam edilib. O, qəsdən adam öldürməkdə təqsirli bilinib.

Məlumata görə, ailəsi onun görüşünə gəldikdə həbsxana məmurları görüşə icazə verməyiblər və onlara bir aydan sonra ziyarət imkanları olacağını deyiblər. Bundan bir gün sonra isə məhbus edam edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir