Dünya

Millimizin futbolçusu meydana çıxdıqdan dörd dəqiqə sonra “Atletiko”ya qol vurdu – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan millisinin üzvü Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) klubuna qol vurub.

Oxu.Az xəbər verir ki, Cənubi Koreyanın “Daejon” klubunda çıxış edən 24 yaşlı müdafiəçi Koreya Liqasının ulduzlar komandasının heyətində “hindular”a qarşı yoldaşlıq oyununda fərqlənib.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Krivotsyuk 46-cı dəqiqədə meydana buraxılıb. O, dörd dəqiqə sonra – 50-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib – 1:1. Hazırda davam edən görüşdə hesab dəyişməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir