Dünya

NATO Qara dənizdə müdafiəni gücləndirir – FOTO

Sharing is caring!


NATO Qara dənizdə və onun ətrafında hərbi hava qüvvələri patrulları və pilotsuz təyyarələrin yerləşdirilməsini artıracaq.

NATO xəbərdarlıq edib ki, Rusiyanın mülki gəmilərə qarşı təhdidləri və Ukrayna limanlarına hücumları eskalasiya ilə bağlı yeni risklər yaradıb.

Xatırladaq ki, Rusiya bu yaxınlarda BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının Qara dənizdən keçərək ixracına icazə verən sazişdən çıxıb. Rusiya, həmçinin Ukrayna limanlarına zərbələri gücləndirib və mülki ticarət gəmilərinə hücum edəcəyi barədə də xəbərdarlıq edib. Bu isə Qərb rəsmilərinin fikrincə, Ukraynanın kənd təsərrüfatı sənayesini sarsıtmaq və dünya ərzaq bazarlarının fəaliyyətini pozmaq cəhdi kimi qiymətləndirilə bilər.

“Rusiyanın hərəkətləri NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionunun sabitliyinə əhəmiyyətli risklər yaradır. Alyansın üzvləri Ukraynaya dəstəyi gücləndirir və sayıqlığı artırırlar. Biz ittifaq ərazisinin hər santimetrini istənilən təcavüzdən qorumağa hazırıq”, – deyə NATO baş katibi Yens Stoltenberq bu barədə qeyd edib.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir