Dünya

Nəhəng “Barbie” kuklasının 3D videoçarxı bütün dünyada trend olub – VİDEO

Sharing is caring!


Dubayda reklam agentliyi nəhəng “Barbie” kuklasının 3D videoçarxını hazırlayıb.

“Bürc Xəlifə”nin yanında olan böyük qutudan çıxan kuklanın videosu bütün sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Məlumata görə, 12 saniyəlik videoçarxın hazırlanmasına üç gün sərf olunub. Əvvəlcə “Bürc Xəlifə”ni iPhone-la çəkiblər, sonra da üstünə animasiyanı əlavə ediblər.

“Agentliyimiz həmişə trenddə olanlar haqqında düşünür və hazırda hamı “Barbie” haqqında danışır. Buna görə də biz pərəstiş olunan məhsul ətrafında nəsə etmək barədə düşündük”, – deyə videonun yaradıcı Cuhi Rupani bildirib.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir