Dünya

Rusiyalı politoloq Avropa Birliyindən çıxa biləcək dörd ölkəni açıqladı

Sharing is caring!


“Dörd ölkə Avropa İttifaqından (Aİ) çıxmaq barədə düşünə bilər. Bu ölkələrin Fransa, Almaniya, Macarıstan və Polşa ola biləcəyi hesab edilir”.

Bunu Rusiya Geosiyasi Ekspertizalar Mərkəzinin direktor müavini, politoloq Natalya Makeyeva deyib.

“Hipotetik olaraq Fransa Aİ-dən çıxmaq barədə düşünə bilər. Hansısa məqamda Polşanın da belə bir fikri yarana bilər. Ancaq bu yalnız o halda baş verər ki, Rusiya Ukraynanı tam hərbi-siyasi nəzarət altına alsın və bu zaman Polşanın statusu ilə bağlı sual ortaya çıxsın”, – deyə Makeyeva bildirib.

Politoloq əlavə edib ki, eyni zamanda Almaniya Aİ-dən ayrılmaq istəyə bilər. Çünki o, özünü təmin edən güclü dövlətdir və Aİ-yə üzvlük Almaniyaya üstünlükdən çox narahatlıqlar yaradır. Ekspertin fikrincə, Macarıstan da iki il ərzində Avropa İttifaqını tərk edəcək.

Politoloq, həmçinin Avropa İttifaqının özünü də xarakterizə edib və onu “marionet struktur” və tərkibinə daxil olmuş ölkələrin suverenliyini əlindən alan “qlobalist layihə” adlandırıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir