Dünya

Niderland sahillərində gəmidə yanğın baş verib – FOTO

Sharing is caring!


Niderland sahillərində “Fremantle Highway” gəmisində yanğın baş verib.

Sahil Mühafizəsinin məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Yanğın barədə “Fremantle Highway” gəmisindən xəbər ötürülüb. Həmin anda 23 nəfər heyət üzvü olan gəmi Ameland şəhərindən 27 km şimalda olub. Yanğını özləri söndürməyə çalışsalar da, cəhdləri uğursuz olub, yanğın sürətlə yayılıb. Helikopter və xilasedici qayıqlarla gəmidəki insanlar təxliyə olunublar”, – deyə Sahil Mühafizəsinin rəsmiləri bildiriblər.

Qeyd edək ki, göyərtəsində 3000-ə yaxın avtomobil olan “Fremantle Highway” gəmisi Almaniyadan Misirə doğru gedirmiş. İlkin məlumata görə, yanğın gəminin daşıdığı 25 elektrik avtomobilindən birində başlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir