Dünya

Bu həftə Yer üzünə peyk düşəcək – FOTO

Sharing is caring!


Bu həftə istismar müddəti bitmiş kosmik peykin Yerə təhlükəsiz şəkildə qaytarılması üzrə tarixdə ilk əməliyyat baş tutacaq.

Əməliyyat uğurla tamamlanarsa, bu, gələcəkdə digər kosmik avadanlıqların təhlükəsiz şəkildə geri qaytarılması üzrə eranın başlanğıcı olacaq.

Avropa Kosmik Agentliyi (ESA) “Aeolus” peykini təhlükəsiz şəkildə orbitdən çıxarmağı planlaşdırır. Peykin iyulun 28-də planetin atmosferinə daxil olması gözlənilir, lakin onun qaytarılması missiyasına artıq iyulun 24-də başlanılıb.

“Aeolus” 2018-ci ildən bəri Yerin orbitindədir. Peyk ilkin olaraq planlaşdırılan müddətdən daha çox istismarda olub, lakin missiya yalnız 2023-cü ildə, peykin yanacağı bitdiyi zaman dayandırılıb. O vaxtdan bəri “Aeolus” sürətini artırır və yavaş-yavaş Yerə yaxınlaşır.

İyulun 24-də peyk planetin səthindən 280 kilometr hündürlüyə çatmalı idi ki, bu da ESA-ya qalan az miqdarda yanacaqdan istifadə etməklə cihazı təhlükəsiz şəkildə Yerə qaytarmaq missiyasına başlamağa imkan verib.

“Bizim gördüyümüz iş tamamilə unikaldır. Kosmik uçuşlar tarixində belə hallara rast gələ bilməzsiniz”, – deyə ESA-nın kosmik tullantılar şöbəsinin rəhbəri Holger Kraq bildirib.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir