Dünya

Mbappesiz PSJ Ronaldunun komandasına güc gələ bilmədi

Sharing is caring!


Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubları yoxlama oyunu keçirib.

Oxu.Az xəbər verir ki, Yaponiyanın Osaka şəhərindəki “Naqay” stadionunda təşkil olunan matçda qalib müəyyənləşməyib – 0:0.

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe bu qarşılaşmada meydana çıxmayıb. O, gələcəyi qeyri-müəyyən olduğu üçün Yaponiyadakı təlim-məşq toplanışından uzaqlaşdırılıb. Fransalı forvard PSJ-dən ayrılmaq istədiyi üçün klub rəhbərliyi bu addımı atıb. Mbappenin xidmətində İspaniyanın “Real Madrid” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları maraqlıdır.

Eyni zamanda, PSJ-nin digər ulduzu Neymar da bu matçın iştirakçısı olmayıb.

“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu isə bu görüşdə forma geyinib. O, start heyətində meydana çıxıb və oyunun 66-cı dəqiqəsində əvəzlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir