Dünya

Dünyanın ən zəngin adamı dəyişdi

Sharing is caring!


“Tesla”nın qurucusu və “Twitter”in sahibi İlon Mask “Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.

Məlumata görə, Maskın sərvəti 4,2 milyard dollar artıb və hazırda 240,7 milyard dollar təşkil edir.

Bu yaxınlaradək siyahıda birinci olan LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arno isə hazırda ikinci yerə düşüb. Onun toplam sərvəti 234,6 milyard dollar dəyərində qiymətləndirilir.

İlk beşliyi “Amazon” korporasiyasının qurucusu Ceff Bezos, “Oracle” şirkətinin təsisçilərindən biri, amerikalı Larri Ellison, “Microsoft”un banisi Bill Qeyts qapayır.

Qeyd edək ki, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq yeni siyahıda səkkizincidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir