Dünya

İranda daha iki polis əməkdaşı öldürüldü

Sharing is caring!


İranın cənub-qərbində baş verən silahlı qarşıdurmada iki polis əməkdaşı öldürülüb.

Məlumata görə, kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzindəki Biş Şirin rayonunda baş verən silahlı qarşıdurma zamanı qətlə yetiriliblər.

Qeyd olunur ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.

Xatırladaq ki, iyulun 23-də İranda polis avtomobilinə silahlı basqın nəticəsində dörd polis əməkdaşı həlak olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir