Dünya

“ChatGPT”nin “Android” tətbiqi istifadəyə veriləcək

Sharing is caring!


“Google Play”də rəsmi “ChatGPT” Android tətbiqi gələn həftə istifadəyə veriləcək.

Bu barədə botunun inkişafına cavabdeh olan “OpenAI” şirkəti məlumat yayıb.

Məlumata görə, tətbiqin yüklənməsi artıq indidən sifariş oluna bilər. Bu halda tətbiq istifadəyə verilən kimi avtomatik olaraq smartfona yüklənəcək.

Hərçənd ki, bəzi ölkələrdə, məsələn Rusiyada tətbiqin istifadəsi mümkün olmayacaq.

“ChatGPT”nin iOS versiyası kimi “Android”də də iki tarifə sahib olacağı gözlənilir – ödənişli və ödənişsiz. Ödənişli versiyanın istifadəçiləri yardım proqramının yeni funksiyalarından yararlanma imkanı qazanacaq və sorğu göndərərkən serverlərə prioritet çıxış əldə edəcəklər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir