Dünya

Rusiya raketləri Odessada 25 memarlıq abidəsini zədələyib

Sharing is caring!


Rusiya qüvvələrinin Odessanın mərkəzinə raket zərbəsi endirməsi 25 memarlıq abidəsini zədələyib.

Onların arasında Spaso-Preobrajenski Kafedralı da var.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

O, bildirib ki, mütəxəssislər raket zərbələri endirilən yerlərdə işlərini davam etdirirlər.

Vilayət rəhbərinin sözlərinə görə, zədələnən memarlıq abidələrinin əksəriyyəti XIX-XX əsrlərə aiddir.

Xatırladaq ki, iyunun 23-ü gecə saatlarında Rusiya ordusu Odessanın mərkəzinə müxtəlif tipli 19 raket atıb. Hava hücumundan müdafiə qüvvələri onlardan doqquzunu vurub.

Bu, tammiqyaslı müharibə başlayandan bəri şəhərə edilən ən kütləvi raket zərbəsi olub.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir