Dünya

Blinken Ukrayna cəbhəsindəki vəziyyətin nə zaman dəyişəcəyini açıqladı

Sharing is caring!


Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu qiymətləndirmək hələ tezdir. Lakin Ukrayna hərbçiləri tam qüvvəsilə ərazidə yerləşdiyi zaman bu, cəbhədə dəyişikliklərə səbəb olacaq.

Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen Təhlükəsizlik Forumunda deyib.

“Biz əvvəlcədən deyirdik ki, çətin olacaq. Yəqin eşitmisiniz, çoxları da deyirdi ki, rusiyalılar ciddi və möhkəmləndirilmiş müdafiə xətləri hazırlayıblar. Lakin ukraynalılar onları yarıb keçir”, – dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, müharibə başlayandan bəri zəbt edilən ərazilərin yarısını artıq azad etmiş ukraynalılar “uğur üçün hər şeyə malikdirlər”, çünki onlar torpaqları, ölkəsi, gələcəyi, azadlığı uğrunda vuruşurlar.

“Onlar son aylarda təlim keçmiş bütün qüvvələrilə 50-yə yaxın ölkədən onlara verilən texnika ilə hərəkətə keçdikləri zaman, düşünürəm ki, bütün bunlar əhəmiyyətli dəyişiklik yaradacaq və ciddi nəticələrə gətirib çıxaracaq”, – siyasətçi bəyan edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir