Dünya

Tehran qorxuda: İŞİD-çilər Yaxın Şərqi tərk edib sərhədlərimizə toplaşırlar

Sharing is caring!


“İŞİD-çilərin Yaxın Şərqdən Əfqanıstana axını başlayıb”.

Bu açıqlama ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çıxış edib.

İranın XİN rəhbəri əlavə edib ki, xüsusən son aylarda İŞİD-in Əfqanıstan qolunun sıraları İraq, Suriya və Liviyadan gələn döyüşçülərlə doldurulub.

“Bu, Tehran üçün ciddi təhlükəsizlik məsələsidir”, – deyə Hüseyn Əmir-Abdullahian əlavə edib.

İranın XİN başçısı əlavə edib ki, İranın Kabillə münasibətlərində digər iki mühüm problem əfqan qaçqınların İrana miqrasiyasının qarşısını almaq və “Taliban” tərəfindən İranın Helmand çayının sularına çıxışının təmin edilməsinə icazə verilməsidir. 

Mənbə: ISNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir