Dünya

Dünyada altıncı xəstədə İİV infeksiyasının azalması qeydə alınıb

Sharing is caring!


Həkimlər dünyada altıncı insanda İİV infeksiyasının azalmasını qeydə alıblar. O, beş il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirmiş 49 yaşlı pasientdir. Bu barədə Fransanın İİV, Hepatit və Digər Yoluxucu Xəstəliklər üzrə Araşdırmalar Agentliyinin direktoru, professor Yazdan Yazdanpan bildirib.

Onun sözlərinə görə, bu, xəstəliyin altıncı zəifləmə halıdır.

“Son 20 ay ərzində xəstə heç bir müalicə almasa da, virus özünü göstərməyib”, – deyə Yazdanpan əlavə edib.

Qeyd edək ki, xəstə əvvəllər Cenevrədə, sonra isə Lui Paster Paris Universitetində müalicə olunub.

Mənbə: Rambler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir