Dünya

Erməni muzdlularından təşkil edilmiş “Arbat” batalyonu Donetskdə məhv edilib

Sharing is caring!


Erməni muzdlularından təşkil edilmiş “Arbat” batalyonu Ukrayna ordusu tərəfindən cəbhənin Donetsk istiqamətində darmadağın edilib.

Bu barədə Ukrayna “Telegram” kanalları məlumat verib.

Yaxın saatlarda Ukrayna Silahlı Qüvvələri tərəfindən “Arbat”ın məhv edilməsinə dair açıqlamanın veriləcəyi də istisna edilmir.

Xatırladaq ki, iyulun 2-də Moskvadakı erməni kafedralında keçirilən mərasimdə erməni muzdlularından təşkil edilmiş “Arbat” batalyonunun Ukraynadakı döyüşlərə yola salınmasını təsdiq edən görüntülər paylaşılıb.  

Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğalı etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu bildirilib.  

Öz növbəsində Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir