Dünya

Polşanın xarici işlər naziri istefa verdi

Sharing is caring!

Polşanın Xarici İşlər naziri Yaçek Çaputoviç öz istəyi ilə istefa verib.

TASS bu barədə nazirliyin mətbuat xidmətinə istinadən xəbər yayır.

“Nazir daha əvvəl prezident seçkilərindən sonra Polşa diplomatiyasının rəhbərini dəyişdirmək üçün yaxşı vaxt olacağını, davamçısının da eyni xətti davam etdirəcəyini, Polşanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcəyinə inandığını bildirib”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, Yaçek Çaputoviç 2018-ci ilin yanvar ayından bəri nazirliyin rəhbəri vəzifəsini icra edib. O, istefasının səbəblərini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir