Dünya

İranlı aktrisa həbs olundu – FOTO

Sharing is caring!


İranda molla hökumətinin məcburi hicab əleyhdarlarına qarşı repressiya və təzyiqlərinin yeni dalğasında kino və televiziya aktrisası Leyla Bolukat hicaba riayət etmədiyi üçün 10 ay həbs cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, aktrisa Semnan əyalətindəki həbsxanalardan birinə göndərilib.

İslam mədəniyyəti və irşad nazirinin müavini Seyid Məhəmməd Haşimi çıxarılan hökmlə eyni vaxtda deyib ki, inqilab qiyamı zamanı iki min sənətkar xalqın yanında yer alıb.

Qeyd edək ki, İranda məcburi hicab qaydalarına əməl etməyən bir çox sənətkarlara qarşı sərt tədbirlər görülür.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir