Dünya

İran hökumətinin Urmiya gölü barədə yalanı ifşa olundu – VİDEO

Sharing is caring!


Bu ilin fevral ayının sonunda İran Prezidenti İbrahim Rəisinin Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində illərdən bəri qurumaqda olan Urmiya gölünə su ötürülməsi layihəsinin açılışı olub.

Bildirildiyinə görə, bu, həmin layihənin Piranşəhr yaxınlığındakı Kanisib bəndindən Urmiya gölünə tunel və kanal vasitəsilə ildə 300 milyon kubmetr su verilməsini nəzərdə tutan birinci mərhələsidir. Bu ilin sonu, gələn ilin əvvəllərində başa çatması planlaşdırılan ikinci mərhələdən sonra isə gölə ötürüləcək suyun həcmi 600 milyon kubmetrə çatacaq.

Ötən müddətdə hökumət mediası bu layihəni geniş təbliğ edərək onu az qala Urmiya gölünün nicatı kimi qələmə verib. Məsələn, “Tasnim” informasiya agentliyi “Urmiya gölünün xoş günləri” başlıqlı yazısında gölün xilas olunmasına yerli əhalinin sevindiyini vurğulayıb. Lakin elə o vaxt bəzi mütəxəssislər İran hökumətinin atdığı addımların Urmiya gölünün xilası üçün yetərli olmadığını bildiriblər.

Aydın olub ki, İbrahim Rəisi hökumətinin tədbirləri daha çox təbliğat xarakteri və gölün qurumasının qarşısının alınmaması ilə bağlı ona yönəlmiş tənqidlərin kəsilməsi məqsədi daşıyıb. Belə ki, bu günlərdə, daha dəqiq desək, iyulun 16-da nüfuzlu “Etimad” qəzetinin Urmiya gölünün durumu barədə dərc etdiyi hesabat hökumətin yalanını ifşa etməklə bərabər gölün həmişəlik qurumağa doğru getdiyini göstərir.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir