Dünya

“Qarabağ”ın rəqibi Bakıya 16 saata gəldi, ucuz hoteldə məskunlaşdı – FOTO

Sharing is caring!


Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllüttariqin “Linkoln” klubu cavab oyunu üçün Bakıya gəlib. “Cırtdan ölkə” təmsilçisi Azərbaycan paytaxtına çatmaq üçün 16 saat yol qət edib.

Bu barədə klub “Facebook” hesabındakı paylaşımda məlumat verib: “16 saat sonra sağ-salamat Bakıdayıq”.

“Linkoln”un səfərə bu qədər uzun müddət sərf etməsi ölkəmizə tranzit uçuşla gəlməsidir. Adətən, klublar belə səfərlər üçün çarter reyslərindən istifadə edirlər.

“Linkoln”la bağlı daha bir maraqlı fakt komandanın Bakının mərkəzindəki hotellərdən birində deyil, şəhərdən nisbətən kənarda ucuz hoteldə məskunlaşmasıdır.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” saat 20:00-da başlayacaq. Tərəflər arasında ilk matç Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir