Dünya

Moskvada Leninin mavzoleyini yandırmağa cəhd etdilər

Sharing is caring!


Moskvada Leninin mavzoleyini yandırmağa cəhd ediblər.

Hücum edən şəxs hasara “Molotov kokteyli” atıb, butulka alovlanıb, lakin böyük yanğın baş verməyib. O, polis tərəfindən saxlanılıb.

Hücum edən şəxsin Çitadan gələn 37 yaşlı kişi olduğu üzə çıxıb. O, saxlanıldığı zaman polisə müqavimət göstərib və qeyri-adekvat vəziyyətdə olub.

Saxlanılan şəxs barəsində “Polis əməkdaşının qanuni tələbinə tabe olmama” maddəsi ilə inzibati iş qaldırılıb və məhkəmə qarşısına çıxarılacaq.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir