Dünya

Xilas edərkən özü öldü: Qazaxıstanda 14 yaşlı oğlan ölümündən sonra medalla təltif olundu – FOTO

Sharing is caring!


Qazaxıstanın Akmola vilayətinin Korqaljinsk rayonunun Arıktı kəndindən olan Vladimir Krinberq bir uşağı həyatı bahasına xilas edib.

Faciə iyulun 29-da Korqaljinsk rayonunun Sardıbay kəndi yaxınlığında baş verib. Vladimir Krinberq ailəsi ilə Nura çayında istirahət edən zaman 12 yaşlı uşağın suda batdığını görüb və onu xilas etməyə atılıb. Böyüklər köməyə qaçsalar da, Vladimir uşağı xilas edən zaman özü boğulub.

Vladimirə ölümündən sonra “Suda boğulanların xilasına görə” medalı – insan həyatının xilas edilməsi ilə bağlı ekstremal vəziyyətdə göstərilən cəsarət və fədakarlığa görə mükafat verilib.

Mənbə: Sputnik Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir