Dünya

“Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə – AFİŞA

Sharing is caring!


Yeni mövsümə hazırlıqlarını Rusiyada davam etdirən “Neftçi” bu gün sonuncu yoldaşlıq oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Moskvada “Spartak”la qarşılaşacaq.

Görüş saat 21:00-da start götürəcək.

“Neftçi” bundan əvvəl Sankt-Peterburqda təşkil olunan “Match TV” turnirində iştirak edib. “Ağ-qaralar” burada yerli “Zenit”ə (1:3), Serbiya “Srvena Zvezda”sına (0:4) və Türkiyə təmsilçisi “Fənərbağça”ya (0:1) məğlub olub.

Yoldaşlıq görüşü

18 iyul

21:00. “Spartak” (Moskva, Rusiya) – “Neftçi” (Azərbaycan)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir