Dünya

Berlin NATO-da fərqlənməyə hədəflənib

Sharing is caring!


Berlin 2025-ci ilə qədər Avropa müttəfiqləri arasında NATO-da ən təchizatlı diviziya yaratmaq qərarına gəlib.

Bu barədə Almaniya ordusunun komandanı, general-leytenant Alfons Mays məlumat verib.

Onun sözlərinə görə, hazırda Almaniyanın bir dənə də olsun döyüşə hazır diviziyası yoxdur, ölkə 20 mindən çox hərbi qulluqçusu olan hərbi hissəyə malik deyil. Planda olan üç blokdan birincisinin 2025-ci ilə, ikincisinin isə 2027-ci ilə qədər hazır olması gözlənilir.

General-leytenantın sözlərinə görə, ilkin olaraq Almaniya iki mexanikləşdirilmiş briqada formalaşdıracaq.

“Hər halda, bu, 2025-ci ilə qədər NATO-nun bütün avropalı tərəfdaşları arasında ən təchizatlı bölmənin yaradılması üçün kifayət edəcək. Ən azından, bu bizim niderlandlı tərəfdaşlarımızla birgə məqsədimizdir”, – deyə o qeyd edib.

Mays etiraf edib ki, 2025-ci ilə qədər kifayət qədər döyüş sursatı ilə təchiz edilmiş diviziyanın yaradılması Kiyevə yardım fonunda qarşıya qoyulan məqsəddir.

“Ukraynaya döyüş sursatları göndərsək, yeni sifarişlər gələnə qədər bizim sursatımız olmayacaq, istehsal imkanları isə son 30 ildə azalıb”, – deyə alman hərbçi bildirib.

O, həmçinin bütün NATO tərəfdaşlarının bu problemlə üzləşdiklərini vurğulayıb.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir