Dünya

Azərbaycanın qastroturizm imkanları Böyük Britaniyada nümayiş etdirilib – FOTO

Sharing is caring!


Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.

“Report” agentliyə istinadən xəbər verir ki, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib.

Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” master-klasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.

Milli stendimizi Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da ziyarət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir